Bakı məktəbində şagirdlər arasında insident: Boğazına xəsarət yetirdi – RƏSMİ AÇIQLAMA

Cəmiyyət

Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insident yaşanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, şagirdlər arasında yaranan mübahisə onlardan birinin digərinin boğaz nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı polisə məlumat daxil olub:

“Faktla bağlı araşdırma aparılır”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir