ABŞ-nin Ukraynaya saniyədə nə qədər pul xərclədiyi məlum oldu – ŞOK RƏQƏM

Dünya




Hazırda ABŞ Ukraynaya hər saniyə təxminən 80 min dollar xərcləyir.

Bu məlumatı ABŞ Senatının üzvü Tommi Tubervil (Respublikaçı, Alabama ştatından) təqdim edib.

Onun qiymətləndirməsinə görə, Vaşinqton bu səviyyədə xərcləri ödəyə bilməz və ölkənin vergi ödəyicilərinin pullarını xərcləmək üçün daha yaxşı yollar tapmalıdır.

“Hazırda biz “Ukraynada saniyədə 80 min dollar yandırırıq. Dəqiqədə 4,6 milyon dollar. Biz bu xərcləmə sürətini daha saxlaya bilmərik. Pulumuzu xərcləmək üçün daha yaxşı yollar tapmalıyıq”, – Tabervil Konqres Senatının Silahlı Qüvvələr Komitəsində Pentaqonun məsələsinə baxılmasına həsr olunmuş dinləmələrdə çıxış edərkən bəyan edib.

O bildirib ki, ABŞ 2014-cü ildən bəri Ukraynaya 300 milyard dollar xərcləyib.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir