Yevlaxda avtomobil yük maşınına çırpılıb: Ölən var

Cəmiyyət

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, “Hyundai” markalı avtomobilin betonqarışdıran yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Elçin oğlu Yusibov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir