Vətən müharibəsi şəhidi Şəhriyar Elman oğlu Həmizəyevin doğum günüdür

Qəhraman vətən oğlulları

Əslən Kəlbəcər rayonundan olan Şəhriyar Həmizəyev 1 mart 2001-ci ildə Yevlax şəhərində anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Şəhriyar Həmizəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şəhriyar Həmizəyev 29 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həmizəyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həmizəyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir