Ucarda avtomobil səkkiz yaşlı uşağı vurub

Cəmiyyət

Ucarda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

İsrayıl Əli oğlu Rzayev idarə etdiyi VAZ-2107 markalı minik maşını ilə yolu keçən piyada, 2016-cı il təvəllüdlü Adıgözəlli Yusif Kənan oğlunu vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər azyaşlının vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir