Şəki polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Azərbaycan Polisi Sosial Tədbirlər

Şəki polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

102info.az xəbər verir ki, Şəki Şəhər Polis Şöbəsinin təşəbbüsü, Şəki Təhsil Sektorunun təşkilatçılığı ilə “Gənclər narkomaniyaya yox deyir”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti tədbir, bu gün (14 mart 2024-cü il) Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyin yuxarı sinif şagirdləri ilə keçirilib.Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, Şöbənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektoru, Ələkbər İbrahimov, məktəbin direktoru Nail Bilalov eləcə də məktəbin digər müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin yekununda Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyin direktoru Nail Bilalov maarifləndirici tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının əməkdaşlarına məktəb kollektivi adından minnətdarlığını bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir