Şəki DYP-dən XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Motosiklet idarə edən şəxslərin yol hərəkəti qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsinə dair


102info.az xəbər verir ki, son zamanlar Respublikamızın şəhər və rayonlarında dövlət qeydiyyat nişanı olmayan, texniki cəhətdən nasaz vəziyyətdə olan, eləcə də təhlükəsizlik elementləri ilə təchiz edilməmiş motosikletlərə tez-tez rast gəlinir. Ən təhlükəlisi isə odur ki, belə nəqliyyat vasitələrini idarə edən şəxslərin bir çoxu sürücülük hüququ olmadan sərnişin və yük daşımalarını həyata keçirilirlər. Bununlada hərəkətiin digər iştirakçılarının yollarda rahat və fasiləsiz hərəkətinə ciddi maneə yaratmaqla ağır yol qəzalarının baş verməsinə gətirib çıxarırlar. Aparılmış təhlillərlə müəyyən edilmişdir ki, sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə son 1 ildə və cari ilin I rübü ərzində  baş vermiş 59 yol-nəqliyyat hadisəsində 27 nəfər həlak olmuş və 41 nəfər xəsarət almışdır.
Avtomobil yollarında texniki cəhətdən nasaz  vəziyyətdə olan və lazımi təchizata malik olmayan  motosikletlərə, o cümlədən muraveylərə qanunvericiliyə zidd olaraq yük və ya sərnişin daşımalarının qarşısının alınması üçün Şəki Dövlət Yol Polis Bölməsinin  əməkdaşları tərəfindən zəruri tədbirlər görüləcəkdir.
Xidməti ərazidə qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilməyən motosikletlər, habelə belə nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxslər yol hərəkətindən kənarlaşdırılacaqdır.
Şəki Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir ki, motosikletləri idarə edən şəxslər  və sərnişinlər tərəfindən qoruyucu vasitələrdən (gödəkçələrdən, şlemlərdən, dizliklərdən, əlcəklərdən) istifadə edilməməsi, habelə bu növ nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edilməsi və digər yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə tədbirləri gücləndiriləcəkdir. Odur ki, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atmamaq üçün yol hərəkəti qaydalarına ciddi riayət etsinlər. Əks təqdirdə belə sürücülər aşkar edildikdə barələrində qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri görüləcəkdir

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir