Şəki Dövlət Yol Polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Azərbaycan Polisi Yol patrul xidməti

Şəki Dövlət Yol Polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

“Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında növbəti tədbir 2024-cü il martın 29-da Şəki rayonu, Öryət kənd ümumi orta məktəbində keçirilib.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, qeyd olunan mövzularla bağlı ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Tədbirin yekununda Şəki rayonu Öryət kənd ümumi orta məktəbin direktoru Xəyalə Saadova kənd məktəblərində də, hətta modul tipli məktəblərdə də maarifləndirici tədbirin keçirilməsinə görə Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyevə məktəb kollektivi adından minnətdarlığını bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir