Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

“Hundai” markalı, 99-SY-403 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Qasımov Araz Failxan oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir