Körpə Nurayın atası: “İmkan olmadığı üçün müalicə yarımçıq qalıb” – FOTO

Cəmiyyət


Bir yaş beş aylıq Nurayın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Emin Pənahov məlumat verib.

O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

“Nuray bir yaş beş aylıqdır. Doğulduğu gündən beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz gündən müalicələrini etməyə çalışsaq da, hazırda bunun üçün imkanımız çatmır. Nurayın bir aylıq müalicəsi üçün 1 000-1 500 manata ehtiyacımız var”.

Emin Pənahov Nurayın böyük qardaşının da eyni xəstəlikdən əziyyət çəkdiyini bildirib.

“Nurayın böyük qardaşı da eyni xəstəlikdən əziyyət çəkir. İnanın, ağır xəstəliyi olan iki uşağın müalicələrini, dərmanlarını çatdırmaq bizim üçün çox ağırdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 246-75-66.

Bank Respublika: 4244 4848 4328 2850.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir