Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti secilmis

Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib.

102info.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Biləcəri və Xocəsən qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” avtomatı, 59 ədəd patron və 2 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Həmçinin, İdarə əməkdaşları tərəfindən fevral ayının əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 51 nəfər saxlanılıb. Həmin şəxslərdən 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilib. Qeyd edilən dövrdə vətəndaşlarla aparılaran profilaktik söhbətlər zamanı 13 ədəd odlu silah və 3600 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.

13 mart 2024-cü il

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir