Balakəndə yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb edildilər

Cəmiyyət

Polis əməkdaşları Balakəndə yerin təkindən istifadə qaydalarını pozan altı nəfəri məsuliyyətə cəlb ediblər.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçirib.

Tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir