Bakı Dövlət Universitetinə rektor təyin edildi

Siyasət

Elçin Səfəralı oğlu Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

President.az-ın məlumatına görə, bununla bağlı dövlət başçısı İlham Əliyev Sərəncam imzalayıb:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq qərara alıram: Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir