Ağstafada minik maşını aşıb: Xəsarət alanlar var

Cəmiyyət

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb.

Minik maşınının yoldan çıxaraq aşması nəticəsində avtomobildə olanlar – 2005-ci il təvəllüdlü Aqşin Habil oğlu Əhmədli, Həsən Gülağa oğlu Əhmədli və 2005-ci il təvəllüdlü Jalə Pərviz qızı Əhmədli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir