Yəmənə yeni hökumət başçısı təyin edilib

Dünya


Yəmən Prezidentinin İdarə Heyətinin sədri Rəşad Məhəmməd əl-Alimi xarici işlər naziri Əhməd Avad bin Mübarəki respublikanın yeni hökumət başçısı təyin edib.

Müvafiq sərəncam Prezident Şurasının saytında dərc olunub.

Xatırladaq ki, 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə üsyançı “Ənsar Allah” (husi) hərəkatının tərəfdarları arasında qarşıdurma davam edir. O ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətlə nəticələnib.

BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənlinin (ölkə əhalisinin təqribən 80%-i) humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə 4 milyonu ötüb.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir