Tıxac probleminin həlli niyə “tıxac”a düşüb? – SORĞU

Yol patrul xidməti

Yol kənarlarına avtobus zolaqları çəkilib. Amma yenə də tıxacların qarşısı alınmır. İnsanlar isə saatlarla tıxacda qalmaqdan narazılıq edirlər. Eləcə də dünyanın heç bir yerində yol kənarlarında avtomobillər üçün dayanacaqlar salınmır. Azərbaycanda isə görünür sıxlıq yaradan səbəblərdən biri də budur. Son vaxtlar yolların kənarına velosiped zolaqları da çəkilir, yollar genişliyini itirir. 102info.az olaraq “Tıxacları özümümüz yaradırıq, yoxsa, bunlar tıxac problemi üçün həll yoludur?” mövzusunda sorğu keçirdik.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli: “Avtobus zolaqları ictimai nəqliyyatın sərbəst, rəvan hərəkətinin təşkil olunması, insanların şəxsi nəqliyyat vasitələrinə deyil, daha çox ictimai nəqliyyata üstünlük vermələri üçün, yollarda hərəkət yükünün azaldılması məqsədilə çəkilir. Bu məsələdə Dövlət Yol Polisi qanunun tələblərinə uyğun olaraq həmin zolağa daxil olan şəxslərin inzibati tənbehini aparmaq səlahiyyətindədir. Bu da İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-cı bəndinə uyğun olaraq 40 manat məbləğində cəriməsi olan qayda pozuntusudur. Bu qayda pozuntusu həm xüsusi texniki vasitələrlə aşkarlana bilir, həm də Yol Patrul Xidmətinin əməkdaşları bu qayda pozuntusunu aşkarlaya bilirlər.

Velosiped zolaqları da avtobus zolaqları kimi eyni məqsədlərlə bu növ nəqliyyat vasitələrinin inkişafını stimullaşdırmaq üçün çəkilir. Vətəndaşlarımıza mövcud qanunvericiliyin tələblərini pozmamağı, hər hansı dayanacağın, avtobus zolağının, qanunvericilikdə nəzərdə tutulmuş velosiped zolaqlarının zəbt olunmasının inzibati məsuliyyət yaratdığını bir daha onların diqqətinə çatdırırıq”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir