Şabranda silah-sursat tapılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd tapança, 3 ədəd patron darağı, 3 ədəd əl qumbarası və 70 ədəd güllə aşkar edərək götürüblər.

Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir