Şəki polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Şəki polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü, Şəki Təhsil Sektorunun təşkilatçılığı ilə “Gənclər narkomaniyaya yox deyir”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti tədbir bu gün (16.02.2024-cü il) Şəki şəhəri, 6 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilib.
Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, Şöbənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektorları, Hünər İmamzadə və Ələkbər İbrahimov, Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, Kənan Qurbanov, 6 nömrəli tam orta məktəbin direktoru Nərminə Abdullayeva, müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.

Tədbirin yekununda 6 nömrəli tam orta məktəbin direktoru Nərminə Abdullayeva maarifləndirici tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir