Şəhid tibb xidmət Polkovnik-leytenantı Rasim Yaqub oğlu Abdullayevin doğum günüdür

Qəhraman vətən oğlulları

Bu gün şəhid tibb xidmət Polkovnik-leytenantı Rasim Yaqub oğlu Abdullayevin doğum günüdür.Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rasim Abdullayevdir. Polkovnik-leytenant Rasim Yaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərində 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.
Rasim Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.
Məlum olduğu kimi, Ordumuz 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibəyə əks-hücumla cavab verərək işğal altında olan ərazilərimizin azadlığına qalxdı. Bu Vətən müharibəsində Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluqçusu Rasim Abdullayev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
Polkovnik-leytenant Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Ailəli idi, Miryaqub və İslam adında 2 övladı yadigar qaldı. Allah rəhmət eləsin. Ruhun qarşısında baş əyirik Şəhidim.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir