TƏBRİK EDİRİK!

Nadir Mirzə oğlu Əzməmmədov Şamaxının Nərimankənd kəndində anadan olub. “Azərbaycanfilm” kinostudiyasının kinoaktyor kursunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu ixtisasında (1972-1977), Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunda (1980) təhsil alıb.1978-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi işə başlayıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin əməkdaşı, “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin əməkdaşı (1997-2003), və rəisi (2003-2016) olub. Əməkdar mədəniyyət işçisidir (2017).
Filmoqrafiya:
Nəsimi (II) (1973, tammetrajlı bədii film) – aktyor
Od içində (1978, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
Qəribə adam (1979, tammetrajlı bədii film) – rejissor assistenti
Anlamaq istəyirəm (1980, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
Birisigün, gecəyarısı… (1981, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
Park (1983, tammetrajlı bədii film) – aktyor
Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – aktyor
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – rejissor assistenti
Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film)– rejissor assistenti
İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film)– rejissor assistenti
Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (“Kamaz”ın sürücüsü)
Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – aktyor (Arşak Qukasov)
Yaramaz (1988, tammetrajlı bədii film) – ikinci rejissor
Yaşa, qızıl balıq (1988, qısametrajlı bədii film) – ikinci rejissor
Hücum (1989, qısametrajlı bədii film) – rejissor assistenti
Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (köməkçi)
Qara Volqa (1994, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Səfərəli)
Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – aktyor
Tərsinə çevrilən dünya (2011, tammetrajlı bədii film) – aktyor
Sonuncu fəsil (2013-2014, bədii serial)– aktyor (Məmməd müəllim)
Vicdan haqqı (2016-2018, bədii serial)– aktyor (Saleh Rzayev)
Üçüncü günün adamı (2017, tammetrajlı bədii film) – aktyor
Qan qohumları (2019-2020, bədii serial) – aktyor (Vəli)
www.102info.az
