Qaxda “Narkomaniya və onun yaratdığı fəsadlar” mövzusunda tədbir keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti secilmis

Qaxda “Narkomaniya və onun yaratdığı fəsadlar” mövzusunda tədbir keçirilib.
Narkomaniya və onun fəsadlarının qarşısının alınması, yeniyetmə və gənclərin “ağ ölüm”ün zərərləri barədə məlumatlandırılması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirmə işləri davam etdirilir. Bu istiqamətdə yeniyetmələrlə növbəti görüş Qax Peşə Liseyində keçirilib.
Görüşdə narkomaniyanın səbəb olduğu faciələrdən, ondan istifadə edən şəxslərin qarşılaşdıqları problemlərdən danışılıb. Daha sonra diskussiya şəklində davam edən tədbirdə suallar cavablandırılıb, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir