Qarabağ müharibəsi iştirakçısı, qəhrəman kəşfiyyatçı, şəhid Ülfət Kərimovun doğum günüdür

Qəhraman vətən oğlulları

Qarabağ müharibəsi iştirakçısı, qəhrəman kəşfiyyatçı, şəhid Ülfət Kərimovun doğum günüdür.
Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. O, düşmənin iki tankını, iki ədəd “PDM-2”, iki “AQS-17”, iki minaatan (120 mm.-lik) ələ keçirib, üç tankını isə, xeyli canlı qüvvəsini məhv edib. Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olub. Ü.Kərimov 1993-cü il sentyabrın 13-də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin. Ruhun qarşısında baş əyirik Şəhidim.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir