Polis mobil tətbiqi vasitəsilə məhkumluq haqqında arayışı bir kliklə əldə edin

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Bunun üçün tətbiqdə yeni müraciətlər bölümünə keçid edərək, “Məhkumluq haqqında arayış” bölməsinin üzərinə toxunursunuz. Yeni müraciət etmək üçün ilk olaraq müraciət edəcəyiniz məntəqəni seçib “Növbəti” düyməsini sıxırsınız, burada şəxsi məlumatlarınız ilə tanış olduqdan sonra ərizəni oxudum kimi işarələyib, tamamla düyməsini sıxmağınız kifayətdir.

Beləliklə, siz heç bir yerə getmədən məhkumluğa dair elektron imza ilə təsdiqlənmiş, arayış əldə edə bilərsiniz.

E-Polis vasitəsilə əldə etdiyniz sənədinizi digər bütün qurumlar rəsmi sənəd kimi qəbul edəcəkdir.

E-Polis mobil tətbiqini “App Store” və ya “Google Play”dən yükləyə bilərsiniz.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir