Elçin Əmirbəyov Lüksemburq mətbuatında Ermənistanın əsassız ittihamlarını alt-üst etdi

Siyasət


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Lüksemburq mətbuatında Ermənistanın əsassız ittihamlarına tutarlı cavab verib.

Lüksemburqun “L’Essentiel” qəzetində dərc olunan məqalədə Ermənistanın Brüsseldəki səfirliyinin müvəqqəti işlər vəkili və Lüksemburqda açılmış ofisin rəhbəri Arpine Xaçatryan guya Azərbaycanın yaxın gələcəkdə Ermənistan ərazisinə təcavüz planlaşdırdığını və bunun fonunda Avropa İttifaqını ermənilərin hüquqlarını qorumağa və mümkün “soyqırımı”nın qarşısını almağa çağırıb.

Öz növbəsində, Azərbaycan diplomat Elçin Əmirbəyov Lüksemburq mətbuatına verdiyi açıqlamada bu əsassız iddiaya münasibət bildirib.

“İşğal? Bu, cəfəngiyatdır! Ümumiyyətlə, bu bizim nəyimizə lazımdır?” –  E. Əmirbəyov vurğulayıb.

Fikrinin davamında E.Əmirbəyov bu eyhamları növbəti erməni hiyləsi adlandıraraq, bunun arxasında, sadəcə olaraq, avropalıların diqqətini çəkərək özlərini yazıq kimi göstərmək niyyətinin olduğunu qeyd edib.

“Ermənistan Azərbaycandan gözlənilən təhlükə barədə danışmaqdan yorulmur, eyni zamanda, atəşkəsi kobud şəkildə pozur, əsgərlərimizə atəş açır. Hesab edirik ki, ölkələrimiz son nəticədə sülh razılaşmasına gəlməli, sərhədləri açmalı və diplomatik əlaqələr qurmalıdırlar”, – diplomat vurğulayıb.

Məqalə müəllifi Ermənistanla Azərbaycan arasında münasibətlərlə bağlı Lüksemburqun mövqeyinə də toxunur və qeyd edir ki, son vaxtlara qədər keçmiş xarici işlər naziri Jan Asselbornun təmsil etdiyi hökumət bir qayda olaraq Ermənistanı dəstəkləyib.

Jurnalist qeyd edir ki, erməni tərəfinin xoşuna gəlməsə də, bu gün vəziyyət açıq-aydın dəyişir. Belə ki, son bir neçə ayda Lüksemburqun Xarici İşlər Nazirliyinin yeni rəhbəri Xavyer Bettel Azərbaycanla yaxın və konstruktiv əlaqələrin qurulmasına səmimi maraq göstərir. Eyni zamanda, Lüksemburq hər iki Cənubi Qafqaz ölkəsi ilə balanslı münasibətlərin tərəfdarıdır.

“Bu suala konkret cavab verən nazir X.Bettel Qafqaz regionunun bütün ölkələri ilə dialoqun davam etdirilməsi, o cümlədən onlarla sağlam diplomatik kanalların saxlanmasını, eləcə də Lüksemburqun regiondakı bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmasının zəruriliyini bəyan edib”.

Jurnalist məqalənin sonunda vurğulayıb ki, Lüksemburq Ermənistana hərbi dəstək vermir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir