
Baş DYP İdarəsi tərəfindən qəza riski olan yol sahələrində yeni işıqforlar quraşdırıldı.
Baş DYP İdarəsi tərəfindən yol nəqliyyat hadisələrinin daha çox baş verdiyi yol sahələrində təhlil və analiz işlərinin aparılması davam etdirilir. Bu istiqamətdə Lənkəran və Masallı rayonlarda aparılmış təhlillər nəticəsində qəza riski olan yol kəsişmələri və piyada keçidləri müəyyən edilmiş və Baş DYP İdarəsinin “Siqnal İLİ” İdarəsi tərəfindən həmin yol sahələrinə yeni işıqforların quraşdırlılması həyata keçirilmişdir.





www.102info.az
