Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib.
Toplantıda hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyi və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hərbi hissələrin sürücüləri və aidiyyəti şəxslər ilə yol hərəkət qaydalarına əməl edilməsi, hərəkət təhlükəsizliyinin təmin olunmasına dair əmrlərin tələbləri, həmçinin qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, onlardan öz təyinatı üzrə istifadə edilməsi, yol sənədlərinin olması və düzgün tərtib edilməsi mövzusunda maarifləndirici söhbətlər aparılıb.
www.102info.az
