Mingəçevir su anbarında qanunsuz balıq ovu edən şəxs müəyyən olunub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir su anbarında qanunsuz balıq ovu edən şəxs müəyyən olunub.
Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və hüquqazidd əməlləri törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, Mingəçevir su anbarında keçirilən növbəti yoxlamalar zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Məmmədov saxlanılıb. Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir