İpekyolu Strateji Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Seyfullah Türksoy “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Fəxri üzvü olub.
Eyni zamanda Seyfullah Türksoy Dünya Qarapapaq Türkləri Birliyinin Qurucu Sədri, Moldova-Qaqauziya Muxtar Respublikasında Türkiyənin rəsmi nümayəndəsi, Mir Ajans Beynəlxalq Türksoy və İpekyolu Jurnalı və ipekyolutv.com-un imtiyaz sahibi, Türk dünyasının könüllü səfiridir.
Bunu da qeyd edək ki, Seyfullah Türksoy Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Xatirələr işığında – Heydər Əliyev kitabını ərsəyə gətirərək, Türkiyədə çap etdiriblər. Kitabda Türkiyənin tanınmış dövlət-siyasi xadimlərinin, mədəniyyət nümayəndələrinin xatirələri yer alıb. Bu kitab Türkiyə-Azərbaycan qardaşlığına töhfədir.
www.102info.az
