İçərisində sərnişinlər olan avtomobillər sel axınında sürüklənir: Mavrikidə təbii fəlakətdən kadrlar – VİDEO

Dünya


İçərisində sərnişinlər olan avtomobillər sel axınında sürüklənir, binalar, yollar suyun altında qalıb.

Kadrlar “Belal” siklonunun əsarətində olan Mavrikidəndir. Təbii fəlakətin miqyasına görə regionda komendant saatı tətbiq edilib.

Turistlərdən birinin sözlərinə görə, yaşadıqları hotelin birinci mərtəbəsi su altında qalıb.

“Çox qorxuludur, hər şey düşür, dağılır. Turistlər öz otaqlarından çıxmırlar. Düzü, təlaş və çaşqınlıq var, özü də çoxdur. Gah işıqlar sönür, gah “Wi-Fi” işləmir… İndi bizə küləyin sürətinin saatda 120 km-ə çatdığını bildirən xəbərdarlıq vərəqələri verilib. Həqiqətən, dəhşət içindəyik”, – deyə turist yaşadıqları həyəcanı açıqlayıb.

Hadisə şahidləri tüğyan edən qasırğanın nəticələrini əks etdirən kadrları sosial şəbəkələrdə paylaşırlar.

Mənbə: RT

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir