Xaçmazda “Narkomaniyaya yox deyək”, “ mövzusunda tədbir keçirilib.
Xaçmaz RPŞ-nin təşkilatçılığı ilə Xaçmaz rayonu Yalama kənd tam orta məktəbində yuxarı sinif sagirdləri ile orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
102info.az xəbər verir ki, tədbirdə çıxış edən Xaçmaz RPŞ-nin rəisi polis polkovniki Həmid Həsənov,
Xaçmaz MRX-nın həkim narkoloqu Ağakərim Muradxanov, Quba-Xaçmaz regional təhsil idarəsinin Xaçmaz təhsil sektorunun müdiri İnqilab Musayev narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verib, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Daha sonra erkən nikah və dini radikalizmin fəsadlarından söz açılıb, bu kimi halların qarşısının alınması məqsədilə görülən işlər barədə məktəblilər məlumatlandırılıb.




















www.102info.az
