Xəzərə axıdılan tullantı sularının təmizlənməsi ilə bağlı pilot layihə həyata keçiriləcək

Siyasət


Prezident İlham Əliyev Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Sərəncama əsasən, Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı Abşeron rayonu ərazisində pilot layihə həyata keçiriləcək.

Nazirlər Kabineti pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir