Vaqif Əsədovun yerinə o təyin olundu – Toğrul Nəsirli kimdir? – FOTO

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin yeni rəsi təyin olunub. Bu barədə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən polis kapitanı Toğrul Nəsirli yeni təyinat alıb. 

Qeyd edək ki, Toğrul Nəsirli Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru vəzifəsində çalışırdı.

Toğrul Nəsirli əslən Səlyan rayonundandır. Əvvəllər Space və ARB televiziyalarında müxbir işləyib. Sonradan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun rəhbəri təyin edilib. Bir müddət əvvəl Bakı şəhər DYP İdarəsində Vaqif Əsədovla birlikdə çalışsa da sonradan Baş DYP İdarəsində xidməti davam etdirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir