Slovakiya – Ukrayna sərhədində 20 kilometrlik növbə yaranıb

Dünya


Slovakiya və Ukrayna sərhədində yerləşən Vısne Nemeçki keçid məntəqəsinin qarşısında ağırtonnajlı yük maşınları beş gündür növbə gözləyir.

Bu barədə jurnalistlərə Slovakiya sərhəd xidmətinin nümayəndəsi Aqnes Koperniçka məlumat verib.

“Slovakiyanın Ukrayna ilə sərhədindəki Vısne Nemeçki keçid məntəqəsində yük maşınlarının növbəsi təxminən 20 kilometr uzanıb”, – o bildirib.

Onun sözlərinə görə, avtobusların və minik avtomobillərinin hərəkətində heç bir maneə yoxdur.

Qeyd edək ki, Vısne Nemeçki avtomobil keçid məntəqəsi Slovakiya – Ukrayna sərhədində yeganə analoji məntəqədir.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir