ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ
MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Şəki Şəhər Polis Şöbəsinin təşəbbüsü, Şəki Təhsil Sektorunun təşkilatçılığı ilə “Gənclər narkomaniyaya yox deyir”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti tədbir, 2023-cü il dekabrın 19-da Şəki rayonu Qoxmuq kənd tam orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, Şöbənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektorları, Hünər İmamzadə və Ələkbər İbrahimov, məktəbin direktoru Kəmalə Həsənova eləcə də məktəbin digər müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
Tədbirin yekununda, Şəki rayonu Qoxmuq kənd tam orta məktəbin direktoru Kəmalə Həsənova maarifləndirici tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir