Şabran polisi qanvermə aksiyasında iştirak edib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti


Şabran rayonunda könüllü qanvermə aksiyası keçirilib. Rayon mərkəzi xəstəxanasında təşkil edilən aksiyada Şabran Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb.

Tədarük olunan qan laboratoriya müayinəsindən keçirildikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir