Qubada tullantıları tutumlardan kənara atan şəxs aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını xüsusi ayrılmış tutumlardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan 1 nəfər şəxs müəyyən olunub.

Onunla profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir