Qubada pirotexniki vasitələr satan 2 şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı 2 nəfər rayon sakininin qeyd edilən qayda pozuntusuna yol verdikləri və rayon ərazisində qanunsuz olaraq pirotexniki vasitələr satdıqları müəyyən edilib. Həmin şəxslər tərəfindən satılan pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir