Nabranda su polisi nəzarət-profilaktiki tədbir keçirib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Su Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xəzər dənizinin sahilində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı aparılan tədbirlər zamanı balıqçılarla maarifləndirici söhbətlər aparılıb. Onlara qanun pozuntusuna yol verməməyi və neqativ əməllərdən çəkinmələri tövsiyyə olunub.
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir