İsmayıllıda oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

İsmayıllı rayonunun Talıstan kəndində yerləşən evlərin birindən 2500 manat pulun oğurllanması barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulları xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir