Şəki Dövlət Yol Polisi uşaq travmatizminin qarşısının alınması istiqamətində təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti tədbir, 2023-cü il dekabrın 15-də ucqar bir kənd məktəbində, rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən Şəki rayon, II Biləcik kənd tam orta məktəbinin ibtidai sinif şagirdləri ilə keçirilib.
Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi,polis baş leytenantı Tural Niftalıyev əyani vasitələrdən istifadə edərək şagirdlərə “Piyadanın vəzifələri”ni öyrədib. Sonra, şagirdlər yol hərəkəti qaydalarına aid şeirlər,mahnılar səsləndirib səhnəciklər nümayiş etdirməklə öz bilik və bacarıqlarını DYP- nin zabitinə göstəriblər.
Polis baş leytenantı Tural Niftalıyev , yüksək səviyyədə tədbirin hazırlanmasına görə məktəb rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.













www.102info.az
