DÖVLƏT YOL POLİSİ ŞƏKİ TİBB KOLLECİNDƏ TƏLƏBƏLƏRİ MAARİFLƏNDİRİB

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

8 dekabr 2023-cü il tarixdə, Şəki Tibb Kollecində “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” və “Nəqliyyat vasitələrinin yetkinlik yaşına çatmayan, sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi hallarının yol verilməzliyi” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Kollecin direktor müavini Zahid Məmmədov, müəllimlər, tələbə gənclər təşkilatı eləcə də tələbələr iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin keçirilməsində əsas məqsədin, yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi olduğu bildirilib.
Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev təəssüf hissi ilə bildirib ki, respublika ərazisində yol-nəqliyyat hadisələri təhlil olunduqda 17-29 yaş qrupuna daxil olan gənclərində hadisə qurbanları içərisində tutumu yüksəkdir. Hər bir gəncin yüksək bilik və bacarıqlarını formalaşdırmağı ilə yanaşı nizamlı-intizamlı olması xüsusən də həyati əhəmiyyəti yüksək olan yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir. Polis baş leytenantı Tural Niftalıyev onu da xüsusi vurğulayıb ki, Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktiki tədbirlər müsbət nəticəsini verib, 2023-cü ildə bugünədək olan dövr ərzində xidməti ərazidə piyadaların təqsirindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev yol hərəkəti qaydalarına aid şeir əzbərləyərək tədbirdə fəal iştirak edən Kollecin II kurs tələbəsi Ləman Əzizovaya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə hazırlanmış sürücülük vəsiqəsi almaq üçün DYP – də keçirilən imtahanlara hazırlıq vəsaiti olan kitab hədiyyə edib.
Tədbirin yekununda, Şəki Tibb Kollecinin direktor müavini Zahid Məmmədov belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tələbələri maarifləndirdiyinə görə, polis baş leytenantı Tural Niftalıyevə Kollecin rəhbərliyi adından minnətdarlığını bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir