Ağdam rayonunda şəhid ailələri ziyarət olunub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər. Polis əməkdaşları onların qayğıları ilə maraqlanıblar, bayram sovqatları təqdim ediblər. Aztəminatlı ailələrə də baş çəkən polis əməkdaşları bayram münasibəti ilə təbrik edib, onları maraqlandıran məsələləri dinləyiblər, eləcə də bayram sovqatlarını təqdim ediblər.

Göstərilən diqqət və qayğıya görə onlar da öz növbəsində polis əməkdaşlarına razılıqlarını bildiriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir