DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
www.102info.az
