Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ictimai iaşə müəssisələrində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən şəxslər aşkar olunublar.

Tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan şəxslərin barələrində inzibati tənbeh tədbirləri görülüb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir