Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Daxili İşlər Nazirliyi secilmis

Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Tural Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət-yoxlama qaydasında şəhər ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, yoxlama zamanı sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə qəbul etdiyi sübuta yetirilib.
Tural Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Həmçinin, “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbirlər zamanı atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində protokol tərtib olunub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir