Ölkəmizdə miqrasiya qaydaları ilə bağlı diqqətdə saxlanılması vacib olan bir sıra məsələlər qısa olaraq

Baş səhifə

Ölkəmizdə miqrasiya qaydaları ilə bağlı diqqətdə saxlanılması vacib olan bir sıra məsələlər qısa olaraq.

  1. Ölkəyə gələn əcnəbi ölkəyə daxil olduqdan sonra 15 gün ərzində onu ölkəyə dəvət edən şəxs və ya qaldığı yerin müdiriyyəti/sahibi tərəfindən olduğu yer üzrə (ünvan) qeydiyyata alınmalıdır.
  2. Əcnəbinin ölkədə vizada göstərilən müddətdən (vizasız qaydada gəldikdə 90 günlük müddət) artıq qalma zərurəti yaranarsa, yalnız müvafiq əsaslar (xəstəlik, xidməti zərurət, yaxın qohumun vəfatı və s.) olduğu halda olma müddəti 60 günədək uzadıla bilər.
  3. Ölkədə yaşama icazəsinin alınması üçün AR vətəndaşı ilə yaxın qohumluq, banklarda 100.000 manatlıq depozit və ya eyni məbləğdə daşınmaz əmlak, təhsil, iş icazəsi, sahibkarlıq və digər əsaslar mövcud olmalıdır.
  4. Müvəqqəti yaşama icazələri ilk müraciətdə 1 ilədək, mövcud icazə uzadıldığı təqdirdə, 2 ilədək, 500 minlik investisiya əsasında 3 ilədək verilir.
  5. Daimi yaşama icazəsi müəyyən edilmiş əsaslar üzrə azı 2 il müvəqqəti yaşama icazəsi ilə fasiləsiz ölkədə yaşayan əcnəbilərə verilir.
  6. Əcnəbinin ölkədə işləməsi üçün ona iş icazəsi alınmalıdır. Əcnəbin müvəqqəti yaşama icazəsi alması ona işləmək hüququ vermir. Nümunə üçün, əcnəbi qardaşının AR vətəndaşı olması əsasında yaşama icazəsi alıb, amma işləmək üçün icazəsi yoxdur.
  7. Vətəndaşlığa qəbul üçün azı 5 il ölkədə daimi yaşama icazəsi əsasında ölkədə fasiləsiz yaşama (il ərzində 3 aydan çox ölkəni tərk etməmə) tələb olunur.
  8. AR vətəndaşlığı ilə yanaşı, digər ölkə vətəndaşlığı olanlara ancaq AR vətəndaşı kimi yanaşılır (Nümunə üçün, qeydiyyat tələb edilmir, inzibati məsuliyyətlə cəlb edilmir, yaşama icazələri verilmir və s.).
  9. Ölkəyə gələn əcnəbinin vizasının məqsədi onun ölkədə göstərəcəyi fəaliyyətin məqsədinə uyğun olmalıdır (nümunə üçün, iş icazəsi alacaqsa, əmək vizası almalıdır).
  10. Ölkədə qeydiyyatsız, icazə verilən müddətdən artıq qanunsuz yaşayan, iş icazəsi olmadan əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün 300-400 manat məbləğdə inzibati cərimə, hüquq pozuntusunun faktiki hallarından asılı olaraq isə ölkədən kənara çıxarılma və ölkəyə girişin məhdudlaşdırılması (deportasiya) tətbiq oluna bilər. Əcnəbiləri iş icazəsi olmadan əmək fəaliyyətinə cəlb edən işəgötürənlər üçün isə daha yüksək məbləğdə inzibati cərimələr nəzərdə tutulur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir