“Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Tarixi Zəfər, Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Millət vəkili Aqil Məmmədov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Kəlbəcər rayon Həmikarlar İttifaqının sədri Əli Bağırov, Gəncə Dövlət Universitetinin Daxili Təhlüəsizlik Xidmətinin rəis Xəqani Umudov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Kəlbəcər rayon üzrə sektor müdiri Musa Mamedov, idarə müəssisə rəhbərləri, müxtəlif İdarə müəssisələrdə çalışan Kəlbəcərli gənclər Şəhid övladları, Qazilər və ali təhsil ocaqlarında oxuyan tələbələr iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ulu öndərin abidəsini ziyarət edib, tər gül dəstələri düzüblər. Eyni zamanda Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı ilə bağlı sərgiyə baxış keçiriblər. Daha sonra Ümumilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarixi Zəfərmizdən bəhs edən videoçarx nümayiş olunub.
İlk öncə çıxış edən Millət vəkili Aqil Məmmədov tədbir iştirakçılarını və xalqımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli qurtuluşdan başlayan və Ali Baş Komandan İlham Əliyevin nəyi nə zaman edəcəyini bilən liderin fəaliyyətinin nəticəsində zəfərə aparan yol və Zəfər Günü haqqında geniş və ətraflı məruzə etdi.
Daha sonra çıxış edən Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini bildirib.
Çıxış edən digər qonaqlar və gənc natiqlər gənclərin vətənpərvərlik ruhunda yetişmələri üçün görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, ölkə gəncliyinə aşılanan Vətən sevgisi özünü 44 günlük Vətən müharibəsində bir daha göstərdi. Bütün bunlar Azərbaycan gəncliyinin gələcəyinə olan inamı daha da artırır.
Sonda Millət vəkili Aqil Məmmədov tərəfindən Şəhid övladlarına, Qazilərə və rayonun ictimai-siyasi həyatında fəal iştirak eden bir qrup gənclərə hədiyyələr və Fəxri fərmanlar təqdim edib.



































www.102info.az
