Son zamanlar vətəndaşların sosial şəbəkələr və veb saytlar uzərindən kütləvi dələduzluğa məruz qalmasının nəticəsidir ki, hüquq-mühavizə orqanlarına şikayətlər kəskin artıb. Bunu nəzərə alaraq DİN əksər istifadəçiləri xəbərdar edib. 102info.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən əksər provayder istifadəçilərinə hazır mesaj yollayan DİN onları ayıq-sayıq olmağa çağırıb:
“Vətəndaşları müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb- səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk. Bu cür hallarla rastlaşdıqda linklərə daxil olmamaq və saxta veb- səhifələrdə ödəniş etməmək tövsiyə olunur.”
www.102info.az
