Bakı Zəfər Gününə hazırdır – FOTOREPORTAJ

Cəmiyyət


Bakıda 8 Noyabr – Zəfər Gününə hazırlıq işləri yekunlaşıb.

Oxu.Az xəbər verir ki, paytaxtın küçə və prospektlərində 8 noyabrla bağlı plakatlar asılıb, Zəfərlə bağlı şüarlar yazılıb.

Binaların eyvanlarından isə Azərbaycan bayraqları asılıb.

Həmçinin noyabrın 8-də saat 19:00-da Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında geniş bayram konserti keçiriləcək. Ardınca atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Daha çox foto burada: PhotoStock.Az

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir