Oktyabrın 13 -də Bərdə rayonunun Yeni Əyricə kəndində Kəlbəcər rayon sakini Vətən Müharibəsi Şəhidi İlyasov Bəhrəm Nizam oğlunun anım günü qeyd olunub.
Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova, Milli Məclisin deputatı Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Eldəniz Mamedov, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhuna dualar oxunub.
Anım mərasimində Zəfər tariximizdən, eyni zamanda lokal xarakterli antiterror əməliyyatında qazanılan qələbədən bəhs edilib.
Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin əziz xatirəsini daima uca tutaraq şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərməsindən, onlara yüksək həssaslıqla yanaşmasından söhbət açıblar.
Vurğulanıb ki, Azərbaycan dövləti var olduqca, üç rəngli şanlı bayrağımız səmalarda dalğalandıqca, şəhidlərimizdə hər zaman var olacaq və daima xatırlanacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
www.102info.az
